Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən Əzəm Əbül Həsəni Hövzə Xəbər Agentliyinin müxbiri ilə müsahibəsində bildirib: “İran İslam İnqilabı, qadının elmi və dini sahələrdəki mövqeyinə baxışı dəyişməklə, qadınlara aid hövzə təhsili sistemində misilsiz bir dönüş yaratdı.
O qeyd edib: İnqilabdan əvvəl ilahiyyat hövzələri əsasən kişilər üçün idi.Qadınlar ya tamamilə dini elmləri öyrənmək imkanından məhrum idilər, ya da yalnız məhdud və qeyri-rəsmi tədrisə çıxışları var idi. Lakin İnqilabdan sonra qadınlar üçün ilahiyyat hövzələri sistemli və geniş şəkildə təsis edildi və elmi, mədəni və ictimai sahələrdə nəzərəçarpacaq nailiyyətlər əldə olundu.
Hövzə araşdırmaçısı bildirib: İnqilabdan əvvəl qadınların hövzə təhsili əksər hallarda qeyri-rəsmi və bəzi fiqh və əxlaq dərsləri ilə məhdudlaşırdı. Lakin İnqilabdan sonra qadınların dini elmlər üzrə təhsili rəsmiyyət qazandı və qadınlar üçün ilahiyyat hövzələri planlı şəkildə, müxtəlif təhsil pillələri üzrə formalaşdırıldı. Qum şəhərindəki Camiətüz-Zəhra (s.ə.) kimi ixtisaslaşmış mərkəzlər eləcə də digər şəhərlərdə oxşar qurumlar təsis olundu və qadınların fiqh, üsul, təfsir, kəlam, fəlsəfə və təbliğ kimi sahələrdə ixtisaslaşaraq təhsil almaları üçün imkan yaradıldı.
O əlavə edib: Bu gün qadınlar üçün ilahiyyat hövzələrində on minlərlə tələbə müxtəlif təhsil sahələrində oxuyur və bəziləri artıq ictihad səviyyəsinə çataraq yüksək və ali səviyyəli fiqh dərsləri tədris edirlər. Halbuki keçmişdə qadınların təhsili əsasən fiqh və əxlaqla məhdudlaşırdı. Lakin bu gün qadınlar fiqh və üsuldan əlavə, Quran təfsiri, İslam fəlsəfəsi, müasir kəlam, hədis elmləri və hətta sahələrarası tədqiqatlarla da məşğul olurlar. Hətta bəzi qadın hövzələri beynəlxalq təbliğçilər, hövzə tədqiqatçıları və universitet müəllimləri yetişdirməyə doğru irəliləyirlər.
Əbül Həsəni xatırladıb: Bu gün hövzə məzunu olan minlərlə təbliğatçı qadın ölkə daxilində və xaricində təbliğ fəaliyyəti ilə məşğuldur və dini şübhələrə cavab verməkdə fəal iştirak edirlər. Eyni zamanda ilahiyyatçı qadınların apardığı tədqiqatları, kitablar, elmi məqalələr və hövzə səviyyəli dissertasiyalar nəzərəçarpacaq dərəcədə inkişaf edibdir.
O bildirib: İlahiyyatçı qadınlar dini məktəblərdə, xeyriyyə qurumlarında, dini mediada və hətta ailə məsləhət xidmətlərində fəal rol oynayırlar. Son illərdə nəzərəçarpacaq sayda dini hövzə tələbəsi olan ilahiyyatçı qadınlar ali ictihad səviyyəsinə çatmışdır.
Camiətüz-Zəhra (s.ə.) Universitetinin müəllimi əlavə etdi: Qadınların mərcəiyyət mövzusu hələ yolun başlanğıcındadır. Lakin qadınların yüksək dini təhsilinin genişlənməsi bu kimi müzakirələrin aparılmasına imkan yaradıb.
O vurğulayıb: Qadınlar üçün ilahiyyat hövzələri alim, bilikli və elim qadınlar yetişdirərək, ailəvi və ictimai istiqamətləri eyni zamanda özündə birləşdirən, müxtəlif sahələrdə fəal və öhdəlikli müsəlman qadın nümunəsi təqdim etmişdir.
Əbül Həsəni deyib: Qadınlar üçün ilahiyyat hövzələri İslam İnqilabının ideallarının gerçəkləşməsinin rəmzidir və Ali Rəhbərin dediyi kimi, müsəlman qadın həm dini alim, həm ana, həm də ictimai fəal ola bilər. Bu gün qadın hövzələri təkcə təhsil müəssisəsi deyil həm də qadın və din sahəsində inqilabi bir hərəkatdır. Çətinliklər olsa da bu qurumlar İnqilabın dəstəyi və Ali Rəhbərin göstərişləri ilə irəliləyiş yolunu davam etdirəcək. Əgər bu proses eyni əzm və qətiyyətlə davam edərsə İslam dünyasında yeni bir nəslin müctəhid, filosof, təbliğçi və sosial islahatçı qadınların meydana çıxmasına şahidi olacağıq.
Xəbərin sonu.
Rəyiniz